Ordu.az xəbər verir ki, bu barədə “Press TV” məlumat yayıb.
İran Quru Qoşunları komandanının koordinasiya üzrə müavini olan Sayyari açıqlamanı ABŞ və İsrailin İrana qarşı yeni hücum ehtimalı ilə bağlı təhdidlərinin fonunda verib.
O, çıxışını İranın 1980-ci illərdə İraqla müharibə zamanı Xorrəmşəhr şəhərinin azad edilməsinin 44-cü ildönümü münasibətilə təşkil olunan tədbirdə edib.
Sayyari bildirib ki, İran ölkənin ərazi bütövlüyünü və müstəqilliyini qorumaq üçün istənilən qarışıqlıq və məcburi müharibəyə qarşı yeni “Beyt-ol-Moqəddəs” əməliyyatı həyata keçirməyə hazırdır.
“Qoy dünya bilsin ki, bizim kimliyimiz fədakarlıq və vətənpərvərliklə sıx bağlıdır”, - deyə admiral vurğulayıb.
Sayyari həmçinin bildirib ki, İran ordusu “düşmənlərə sarsıdıcı zərbələr endirmək” üçün İslam İnqilabının liderinin əmrini gözləyir.
Sevinc Əliyeva
Ordu.az