Ordu.az-ın məlumatına görə, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial media platformasında bildirib: “Son altı həftə ərzində 15 mindən çox əsgər, dənizçi, dəniz piyadası və hava qüvvələri 100 gəmini yönləndirib, dörd gəmini saxlayıb və 26 humanitar yardım gəmisinin keçməsinə icazə verib”.
Bəyanatda bildirilir ki, ABŞ qüvvələri aprelin 13-də İran limanlarına daxil olan və çıxan ticarət gəmilərinə qarşı blokada tətbiq etməyə başlayıb. CENTCOM əlavə edib ki, blokadada 200-dən çox ABŞ təyyarəsi və hərbi gəmisi, eləcə də çoxsaylı idarəolunan raket esminesləri iştirak edir. “Hərbçilərimiz fövqəladə işlər görürlər”, - deyə CENTCOM komandiri admiral Bred Kuper bildirib. O əlavə edib: “Onlar missiyanı dəqiq və peşəkarlıqla yerinə yetirməklə yüksək effektivliyə nail olublar ki, bu da İranı iqtisadi cəhətdən sıxışdırıb”.
Ordu.az