İsrailin zərbələri nəticəsində Livanda ölənlərin sayı 3 100 nəfəri ötüb

2026/04/1775073068.jpg
Oxunub: 327     21:39     23 May 2026    
Hərbi eskalasiya başlayandan (2 mart) bəri İsrailin aviazərbələri nəticəsində Livanda ölənlərin sayı 3 123-ə çatıb, 9 506 nəfər xəsarət alıb.

Ordu.az xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi "X" sosial şəbəkə hesabında məlumat yayıb.

"İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri Livanın cənub və şərq rayonlarına zərbələr endirməyə davam edir, son sutka ərzində orada 12 nəfər ölüb, daha 109 nəfər yaralanıb", - qurumdan bildirilib.

Qeyd olunur ki, Nəbatiyyə və Tirdə axtarış-xilasetmə işləri və zərbələr zamanı dağılmış binaların uçqunlarının təmizlənməsi davam edir, bununla əlaqədar ölənlərin və xəsarət alanların sayı arta bilər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Livan   İsrail  


Bizi "telegram"da izləyin