Ordu.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai danışıb.
“Tasnim” agentliyinin məlumatına görə, Bəqai bildirib ki, memorandum mətnində 30 və 60 günlük müddətlər nəzərdə tutulub.
Onun sözlərinə görə, memorandum tam razılaşdırılmayana qədər həmin müddətlərin hesablanması başlamayıb.
“Hazırda memorandumun yekunlaşdırılması üzərində işləyirik. Son bir həftə ərzində tərəflərin mövqeləri nəzərəçarpacaq dərəcədə yaxınlaşıb. Növbəti üç-dörd gündə nə baş verəcəyini gözləmək lazımdır”, - deyə İran XİN rəsmisi vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az