Avropa İttifaqı və Meksika 20 ildən sonra yenilənmiş ticarət sazişi imzalayıb

2026/05/1779547017.jpg
Oxunub: 362     18:35     23 May 2026    
Avropa İttifaqı və Meksika 20 ildən sonra yenilənmiş ticarət sazişi imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.

Məlumata görə, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen və Avropa Şurasının Prezidenti Antonio Koşta cümə günü Meksika ilə yenilənmiş ticarət sazişini imzalayıblar.

Bildirilib ki, tərəflər bu addımı artan geosiyasi gərginlik fonunda ABŞ və Çindən asılılığı azaltmaq məqsədilə atıblar.

Saziş Meksikada keçirilən Aİ-Meksika sammiti çərçivəsində imzalanıb. Görüşdə Meksika Prezidenti Klaudiya Şeynbaum da iştirak edib.

Məlumata görə, yeni razılaşma Aİ-nin diversifikasiya strategiyasını gücləndirir və 20 il əvvəl bağlanmış müqaviləni yeniləyir.

Yeni sazişə əsasən, Aİ aqrar məhsullar, dərman preparatları və maşınqayırma məhsulları üçün yeni bazarlara çıxış əldə edəcək.

Qeyd olunub ki, Meksika Latın Amerikasında Aİ-nin ikinci ən böyük ticarət tərəfdaşıdır. Aİ isə Meksikanın ikinci ən böyük ixrac bazarı hesab olunur.

2025-ci ildə tərəflər arasında ticarət dövriyyəsinin 86,8 milyard avroya çatdığı, xidmət sektorunda dövriyyənin isə 2024-cü ildə 29,7 milyard avro təşkil etdiyi bildirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Meksika  


Bizi "telegram"da izləyin