Hindistan Hörmüz boğazındakı vəziyyət fonunda ABŞ-dən daha çox neft almağa çalışır

2026/05/1779509248.jpg
Oxunub: 395     18:32     23 May 2026    
Hörmüz boğazında yaranmış vəziyyət fonunda Hindistan ABŞ-dən neft idxalını artırmağa çalışır.

Ordu.az xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalına “Kpler” analitik platformasının enerji məsələləri üzrə aparıcı mütəxəssisi Sumit Ritoliya açıqlama verib.

Onun sözlərinə görə, ABŞ Hindistana göndərilən neft və qaz həcmlərini artırmaq imkanına malik olsa da, bu, Yaxın Şərq mənşəli xammalı tam əvəz edə bilməz.

Ritoliya əlavə edib ki, Hindistanın Rusiyadan aldığı neftin həcmi də artıb.

Qeyd olunub ki, ABŞ dövlət katibi Marko Rubio hazırda enerji və müdafiə sahələrində sazişlərin imzalanması məqsədilə Hindistanda səfərdədir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   ABŞ   Hörmüz  


Bizi "telegram"da izləyin