Ordu.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Lavrovun sözlərinə görə, Qərb Rusiyanın müttəfiqlərini parçalamağa çalışır və bunu ilk növbədə qonşu ölkələrdən başlayaraq həyata keçirir.
O bildirib ki, Qərb əvvəllər Gürcüstan və Moldova ilə belə addımlar atıb, hazırda isə Ukrayna ilə eyni siyasəti yürüdür və indi Ermənistanı da bu “yanlış məntiqə” daxil etməyə çalışır.
Lavrov bu fikirləri Xarici və Müdafiə Siyasəti Şurasının Assambleyasında çıxışı zamanı səsləndirib.
Rusiya xarici işlər nazirinin sözlərinə görə, bütün bunların əsas məqsədi Rusiyaya mümkün qədər ağrılı zərbə vurmaqdır.
O qeyd edib ki, məqsəd həmçinin Rusiyanın böyük dövlət və sivilizasiya kimi mövqeyini qoruyub gücləndirməsini çətinləşdirməkdir.
Alpər Mövludoğlu
Ordu.az