Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşrə görə, sorğular göstərir ki, təkcə Nikol Paşinyanın deyil, həmçinin Samvel Karapetyan və Arman Tatoyanın elektoratının təxminən yarısı seçkilərdə iştirak etməyi planlaşdırmır.
“Respondentlər konkret olaraq məhz həmin qüvvənin qalib gəlməsini istədiklərini bildirsələr də, səsvermədə iştirak etmələrinin çətin olduğunu qeyd ediblər. Bu isə onu göstərir ki, əsas problem insanların kimə səs verəcəyindən daha çox, ümumiyyətlə seçkiyə gedib-getməyəcəkləridir.
Ən çox zərər çəkə biləcək qüvvə isə Arman Tatoyanın “Birliyin Qanadları” hərəkatıdır. Çünki ona rəğbət bəsləyən kütlə arasında seçkilərdə iştirakdan imtina edənlərin faizi daha yüksəkdir.
Bu səbəbdən qarşıdakı iki həftə ərzində müxalifət xüsusilə bu istiqamətdə işləməli, insanları səsvermədə iştirak etməyə motivasiya etməlidir”, - deyə nəşr qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az