Ordu.az xəbər verir ki, bu barədə partiyanın yaydığı məlumatda qeyd olunub.
Məlumata görə, Ermənistan Mərkəzi Seçki Komissiyasının Tevanyanın azadlıqdan məhrum edilməsinə razılıq verməsindən sonra o, könüllü şəkildə İstintaq Komitəsinə gedib.
“Uzun müddət gözləməsinə baxmayaraq, onun komitəyə daxil olması təmin edilməyib. Əvəzində Milli Təhlükəsizlik Xidmətinin maskalı əməkdaşları şou yaratmaq məqsədilə ona qandal taxaraq cəmi bir neçə addım məsafəyə aparıblar”, - deyə partiyanın açıqlamasında bildirilib.
Məlumata görə, bu gün Tevanyan barəsində seçiləcək qətimkan tədbiri məsələsinə baxılacaq.
Qeyd edək ki, o, dövlətə xəyanətdə ittiham edilir.
Alpər Mövludoğlu
Ordu.az