“Hraparak”: Paşinyanın partiyası “muzdluları” istismar edir

2026/05/1779512969.jpg
Oxunub: 361     09:05     23 May 2026    
Ermənistanda hakim “Vətəndaş Müqaviləsi” partiyasının təbliğat kampaniyasında pullu şəxslərdən istifadə etdiyi iddia olunur.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrə görə, partiya təbliğat işləri üçün aylıq 200-250 min dram qarşılığında könüllülər cəlb edib.

“Onlar ev-ev gəzərək “Vətəndaş Müqaviləsi”nin bukletlərini paylayırlar. Lakin bir maaş müqabilində həmin şəxslərdən maksimum istifadə etməyə çalışırlar. Onlar yalnız buklet paylamır, həm də Paşinyanın İrəvandakı seçkiqabağı kampaniyalarında iştirak edir və kütlə görüntüsü yaradırlar.

Faktiki olaraq “Vətəndaş Müqaviləsi” gəncləri istismar edir. Onsuz da “Vətəndaş Müqaviləsi”nə mənfi münasibətin güclü olduğu İrəvanda partiyanın bukletlərini paylamaq asan deyil. Bir çox insan onları qovur və Paşinyanla eyniləşdirərək kobud davranır”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Seçki  


Bizi "telegram"da izləyin