“Hraparak”: Paşinyan təhlükəsizliyi ilə bağlı narahatdır

2026/05/1779512917.jpg
Oxunub: 402     09:01     23 May 2026    
Ermənistanın Baş naziri Nikol Paşinyan təhlükəsizlik məsələləri ilə bağlı ciddi narahatlıq keçirir.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrin məlumatına görə, Paşinyan maskalı Qarabağdan (könüllü-red.) köç etmiş şəxslərin videogörüntüsündən ciddi şəkildə qorxuya düşüb.

“Lakin yenidən seçilmək istəyi və bunun üçün rəqiblərinə qarşı təhqiramiz ritorikadan başqa yol görməməsi səbəbindən o, bu davranışını davam etdirir. Eyni zamanda anlayır ki, bu mərhələdə düşmənlərinin sayı artıb və ona nifrət edən sabit bir kütlə formalaşıb ki, bu da təhlükələrlə müşayiət olunur.

Mənbəmiz bildirir ki, Paşinyan xüsusilə mayın 28-də keçiriləcək tədbirlərlə bağlı narahatdır. O hesab edir ki, seçkiqabağı kampaniyasının əsas hadisələrindən biri pozula bilər və həmin gün təhlükəsizliyi təmin etmək olduqca çətin olacaq.

O, erməni cəmiyyətinin həssas hisslərini dəfələrlə alçaltdığı, bir çox insanı təhqir və nüfuzdan saldığı, xüsusilə Qarabağdan köç etmiş şəxslərlə kobud danışdığı və onlarla açıq münaqişələr yaratdığı üçün hesab edir ki, həmin gün izdihamdan ona doğru daş atıla bilər. Buna görə də daxili işlər naziri Arpine Sarkisyan və Milli Təhlükəsizlik Xidmətinin direktoru Andranik Simonyana “sabit təhlükəsizliyin” təmin edilməsi üçün bütün zəruri tədbirlərin görülməsi barədə ciddi göstəriş verib”, - deyə nəşr qeyd edib.

Bildirilib ki, Paşinyana yaxınlaşa və onunla söhbət edə biləcək “etibarlı şəxslərin” siyahısı əvvəlcədən hazırlanır.

“Bu addım “baş nazirlə əhali arasında açıq ünsiyyət” görüntüsü yaratmaq məqsədi daşıyır. Həmçinin aqressiv vətəndaşların əraziyə girişinin qarşısının alınması üçün bütün tədbirlərin görülməsi tapşırılıb”, - deyə nəşr vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin