Ordu.az xəbər verir ki, bu barədə Zaxarova özünün “Telegram” kanalında paylaşım edib.
O bildirib ki, Avropa İttifaqının təbliğat strukturu olan “EuvsDisinfo” tərəfindən “rus dezinformasiyası və saxta məlumatlarla mübarizə” adı altında növbəti “araşdırma” hazırlanıb.
Zaxarovanın sözlərinə görə, “Euronews” yayımında Ermənistanın guya iyunda keçiriləcək parlament seçkiləri ərəfəsində “rus dezinformasiya kampaniyasının hədəfi” olduğu iddia edilir.
O qeyd edib ki, araşdırmada “Matryoşka” adlı prokreml yönümlü dezinformasiya əməliyyatından və süni zəka texnologiyalarından istifadə olunduğu vurğulanır.
“Beləliklə, məsuliyyətlə bəyan edirəm ki, bu videonu heç bir “Matryoşka” əməliyyatı uydura bilməzdi. “Kremlin əli” barədə saxta iddialar irəli sürməyi dayandırın”, - deyə Zaxarova bildirib.
Alpər Mövludoğlu
Ordu.az