Erməni siyasi xadim barəsində dövlətə xəyanət maddəsi ilə cinayət işi açılıb

2026/05/1779509335.jpg
Oxunub: 462     08:05     23 May 2026    
Ermənistan Baş Prokurorluğu erməni siyasi xadim Andranik Norik oğlu Tevanyan barəsində dövlətə xəyanət ittihamı ilə cinayət təqibi başladıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, Tevanyan barəsində Ermənistan Cinayət Məcəlləsinin 418-ci maddəsinin 1-ci hissəsi üzrə dövlətə xəyanət cinayətinin əlamətləri ilə cinayət təqibi başladılıb.

Xatırladaq ki, Mərkəzi Seçki Komissiyası “Çiçəklənən Ermənistan” partiyasının deputatlığa namizədi Andranik Norik oğlu Tevanyan barəsində cinayət təqibinin başlanılması və onun azadlıqdan məhrum olunması ilə bağlı Prokurorluğun iki vəsatətini təmin edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Tevanyan  


Bizi "telegram"da izləyin