Ermənistan MSK erməni siyasi xadimin azadlıqdan məhrum olunması ilə bağlı təqdimatı qəbul edib

2026/05/1779480012.jpg
Oxunub: 367     23:55     22 May 2026    
Ermənistan Mərkəzi Seçki Komissiyası Baş Prokurorluğun “Çiçəklənən Ermənistan” partiyasının deputatlığa namizədi Andranik Tevanyana qarşı cinayət təqibi başlanması və onun azadlıqdan məhrum edilməsi ilə bağlı təqdimatlarını qəbul edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 20-də seçki kampaniyası zamanı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Andranik Tevanyanla bağlı “dövlətə xəyanət” maddəsi ilə cinayət işi başlanması üçün material göndərəcəyini açıqlamışdı.

Tevanyan isə cavab olaraq Paşinyanı dövlətə xəyanətdə ittiham etmiş və gələcəkdə əməllərinə görə cavab verəcəyini bildirmişdi.

Məlumata görə, ötən gün Ermənistan İstintaq Komitəsi artıq cinayət işi başladıb.

Bu gün səhər saatlarından etibarən maskalı Ermənistan MTX əməkdaşları “Ana Ermənistan” partiyasının qərargahına daxil olaraq istintaq hərəkətlərinə başlayıblar.

Bundan başqa, “Ana Ermənistan” partiyasının sədri və “Çiçəklənən Ermənistan” partiyasının seçki siyahısında ikinci yeri tutan Andranik Tevanyanın mənzilində də axtarış aparıldığı bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MSK   Tevanyan  


Bizi "telegram"da izləyin