Erməni siyasi xadimin toxunulmazlığı ləğv ediləcək

2026/05/1779478273.jpg
Oxunub: 360     23:26     22 May 2026    
“Çiçəklənən Ermənistan” partiyasının seçki siyahısında ikinci yerdə olan “Ana Ermənistan” partiyasının sədri Andranik Tevanyanın deputat toxunulmazlığı ləğv ediləcək və ona qarşı cinayət işi başlanacaq.

Ordu.az xəbər verir ki, bu barədə Tevanyanın vəkili Aram Orbelyan bildirib.

Onun sözlərinə görə, Ermənistan Mərkəzi Seçki Komissiyası bununla bağlı razılıq verib.

Məlumata görə, Ermənistan MSK məsələni bir neçə saat qapalı iclasda müzakirə edib.

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 20-də seçki kampaniyası zamanı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Andranik Tevanyanla bağlı “dövlətə xəyanət” maddəsi ilə cinayət işi başlanması üçün material göndərəcəyini bildirmişdi.

Tevanyan isə buna cavab olaraq Paşinyanı dövlətə xəyanətdə ittiham etmiş və gələcəkdə əməllərinə görə cavab verəcəyini söyləmişdi.

Məlumata görə, ötən gün Ermənistan İstintaq Komitəsi artıq cinayət işi başladıb.

Bu gün səhər saatlarından etibarən maskalı Ermənistan MTX əməkdaşları “Ana Ermənistan” partiyasının ofisinə daxil olaraq istintaq hərəkətlərinə başlayıblar.

Bundan başqa, Andranik Tevanyanın mənzilində də axtarış aparıldığı bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Tevanyan  


Bizi "telegram"da izləyin