IRI sorğusu: Ermənistanda seçkilərdə kim nə qədər səs toplaya bilər?

2026/05/1779474427.jpg
Oxunub: 307     22:18     22 May 2026    
Beynəlxalq Respublikaçılar İnstitutu (IRI) Ermənistanda qarşıdan gələn seçkilərlə bağlı keçirdiyi sorğunun nəticələrini açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, sorğu 2026-cı il mayın 5-dən 11-dək telefon vasitəsilə həyata keçirilib. Respondentlər seçkilərdə hansı siyasi qüvvəyə səs verəcəkləri ilə bağlı sualları cavablandırıblar.

Sorğunun nəticələrinə görə, Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyası 38 faiz dəstək qazanıb. “Güclü Ermənistan” partiyasına respondentlərin 7 faizi dəstək verib. “Hayastan” bloku 4 faiz, “Şnorhapatakan” partiyası isə 2 faiz səs toplayıb. “Çiçəklənən Ermənistan” partiyası da 2 faiz nəticə göstərib.

Respondentlərin 1 faizi “Hamıya qarşı”, digər 1 faizi isə “Birliyin qanadları” və DOK siyasi qüvvələrini seçib. Sorğuda iştirak edənlərin 20 faizi qərarsız olduğunu bildirib. 23 faiz respondent isə cavab verməkdən imtina edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Seçki  


Bizi "telegram"da izləyin