Ordu.az xəbər verir ki, bu barədə BMT baş katibinin müavini Amina Mohammed Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) bağlanış mərasimində bildirib.
Onun sözlərinə görə, bu həftə Bakıda keçirilən şəhərlərin inkişafı üzrə Yeni proqrama dair nazirlər görüşü yenilənmiş siyasi iradənin mühüm siqnalı olub: "Biz gələcəyə baxdıqca, Bakıdakı müzakirələr şəhərlərin inkişafı üzrə Yeni proqramın ortamüddətli icmalı üzrə BMT Baş Assambleyasının iyul ayında keçiriləcək yüksək səviyyəli iclası üçün möhkəm əsas yaradır.
Bakını tərk edərkən özümüzlə aydın bir siqnal aparırıq: şəhərlərin inkişafı üzrə Yeni proqramın icrasının növbəti onilliyi əvvəlkinə bənzəyə bilməz. Bizə daha çox ambisiya, daha çox maliyyələşmə, daha çox inklüzivlik, daha çox fəaliyyət lazımdır".
O bildirib ki, şəhərlər bəşəriyyətin ən qədim kollektiv layihəsidir: "Bu gün bizim vəzifəmiz bu layihəni elə davam etdirməkdir ki, XXI əsrin şəhərləri hamı üçün açıq olsun, hər bir insanın evi olsun və heç kim arxada qalmasın. Bizim nəsil bu vəzifə ilə üzləşən nə ilk, nə də sonuncu nəsildir. Lakin ola bilsin ki, məhz biz onun tam həlli üçün zəruri olan biliklərə, alətlərə və tərəfdaşlıqlara malik ilk nəsil olacağıq. Buna görə də burada, Bakıda öyrəndiyimiz və yaratdığımız hər şeyi götürməliyik".
Ordu.az