Volodin: “Paşinyan maliyyə maraqlarına görə Avrasiya İqtisadi Birliyində qalmaq istəyir”

2026/05/1779446434.jpg
Oxunub: 328     14:37     22 May 2026    
“Paşinyan Avrasiya məkanından maliyyə məqsədləri üçün istifadə etməyə çalışır”.

Ordu.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib.

Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyanın Avrasiya İqtisadi Birliyində qalmaq istəyi iqtisadi maraqlarla bağlıdır.

“Paşinyanın Avrasiya İqtisadi Birliyində qalmaq istəyi Avrasiya məkanından maliyyə məqsədləri üçün istifadəni davam etdirmək cəhdidir. Bu, Ermənistana ÜDM-in 2,5 dəfə artımını təmin edib”, - deyə Volodin qeyd edib.

O əlavə edib ki, siyasi baxımdan Paşinyan artıq bütün qərarlarını verib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Volodin   Paşinyan  


Bizi "telegram"da izləyin