“Gallup International Association”: Ermənistanda seçkilər ədalətsiz keçsə, respondentlərin 50%-dən çoxu küçələrə çıxmağa hazırdır

2026/05/1779446398.jpg
Oxunub: 340     14:34     22 May 2026    
“Respondentlərin 40,5%-i küçə mübarizəsinə qəti şəkildə hazır olduğunu bildirib”.

Ordu.az xəbər verir ki, bunu “Gallup International Association” təşkilatının Ermənistan nümayəndəliyinin rəhbəri Aram Navasardyan jurnalistlərlə görüşdə açıqlayıb.

O bildirib ki, respondentlərin 28,1%-i parlament seçkilərinin tam ədalətli keçiriləcəyini düşünür. 23,4% seçkilərin “daha çox ədalətli”, 19,1% “daha çox saxtakarlıqla”, 17% isə “tam saxtakarlıqla” keçiriləcəyini hesab edir.

Sorğu iştirakçılarının 12,3%-i suala cavab verməkdə çətinlik çəkib.

Navasardyan əlavə edib ki, respondentlərin 40,5%-i parlament seçkiləri ədalətsiz keçərsə, küçə mübarizəsinə qəti şəkildə çıxmağa hazır olduqlarını deyib.

Bundan əlavə, 10,8% “çox güman küçəyə çıxacağını”, 8,2% “çox güman çıxmayacağını”, 34,7% isə “qətiyyən küçəyə çıxmayacağını” bildirib.

Mayın 19-21-də keçirilən telefon sorğusunda ümumilikdə 1102 nəfər iştirak edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Seçki  


Bizi "telegram"da izləyin