Almaniyalı mütəxəssis: "Dünya süni intellekt inqilabının mərkəzində dayanır"

2026/05/dfgdf-1779435221.jpg
Oxunub: 241     11:22     22 May 2026    
Dünya süni intellekt inqilabının mərkəzində dayanır.

Ordu.az xəbər verir ki, bunu Almaniyadan olan Sektor Proqramı Şəhərlərinin proqram meneceri Lena Veyler Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan "Təcrübədə ədalətli keçidlər: Qeyri-rəsmilik və böhran üçün rəqəmsal alətlərin birgə yaradılması" adlı tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, süni intellektin inkişafı həm də müəyyən risklərə yol aça bilər:

"Buradakı risk ondan ibarətdir ki, məlumatlara asan çıxışı olmayan insanlar daha da geridə qala bilər. UniTec isə məhz bunun qarşısını almaq üçün çalışan təşkilatlardan biridir. İndi təqdim olunan hesabatda az təminatlı təbəqəyə, Ukraynadakı böhran vəziyyətinə, Namibiyadakı şəhər yoxsullarına, qeyri-rəsmi qəsəbələrdə yaşayan və dövlət xidmətlərindən yararlanmaqda çətinlik çəkən insanlara, həmçinin öz əhalisinə xidmət göstərməkdə çətinlik çəkən bələdiyyələrə diqqət yetirildi. Biz mürəkkəb məlumatları ümumiləşdirib elə bir formata sala bilməliyik ki, bu, hər hansı bir bələdiyyə sədrinə qərar qəbul etmək imkanı yaratsın. O zaman əlinizdə həqiqətən faydalı və dəyərli bir rəqəmsal alətin olduğunu demək olar".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Dünya   Süni-intellekt  


Bizi "telegram"da izləyin