Sahib Ələkbərov: "Azərbaycan-Tacikistan İşgüzar Şurası birbaşa əlaqələri genişləndirəcək"

2026/05/fgdfd-1779434161.jpg
Oxunub: 241     11:05     22 May 2026    
Azərbaycan və Tacikistan arasında İşgüzar Şuranın yaradılması sahibkarlar arasında daha sıx əməkdaşlıq, birbaşa əlaqələrin genişləndirilməsi və birgə təşəbbüslərin həyata keçirilməsi üçün yeni institusional platforma formalaşdırır.

Ordu.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Bakıda keçirilən Azərbaycan-Tacikistan Biznes Forumunda bildirib.

Onun sözlərinə görə, iqtisadi əməkdaşlığın və ölkələrimiz arasında işgüzar əlaqələrin möhkəmləndirilməsi mühüm əhəmiyyət kəsb edir: "Xüsusilə 2024-cü ilin mayında imzalanmış Azərbaycan və Tacikistan arasında strateji dəstək haqqında Bəyannamənin əhəmiyyətini qeyd etmək istərdim. Bu sənəd ikitərəfli gündəmin daha da genişləndirilməsi və əsas istiqamətlər üzrə əməkdaşlığın möhkəmləndirilməsi üçün istiqamətverici oldu".

O bildirib ki, ölkələr arasında qarşılıqlı əlaqənin mühüm mexanizmlərindən biri ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə hökumətlərarası komissiyadır: "Dünən Bakıda komissiyanın səkkizinci iclası keçirilib ki, bu da ikitərəfli münasibətlərin cari vəziyyətinin əhatəli müzakirəsi, əməkdaşlığın prioritet istiqamətlərinin müəyyənləşdirilməsi və sonrakı praktiki addımların razılaşdırılması üçün mühüm platforma olub. İclas çərçivəsində Azərbaycan və Tacikistan arasında qarşılıqlı əlaqənin möhkəmləndirilməsinə yönəlmiş bir sıra sənədlər imzalanıb".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Tacikistan  


Bizi "telegram"da izləyin