Samir Poladov: "Azərbaycanda 1991-ci ildən bəri 3 500-dən çox insan mina qurbanı olub"

2026/05/sdfsd-1779431342.jpg
Oxunub: 318     10:19     22 May 2026    
Azərbaycanda 1991-ci ildən bəri 3 500-dən çox insan mina qurbanı olub.

Ordu.az xəbər verir ki, bunu ANAMA İdarə Heyəti sədrinin müavini Samir Poladov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Münaqişədən Sonra Şəhər Yenidənqurması: Humanitar Mina Təmizlənməsinin Kritik Rolu" adlı sessiyada deyib.

O bildirib ki, onlardan 362 nəfəri azyaşlı və gənc, 38 nəfəri qadındır:

"Təkcə 2020-ci ildən bəri mina hadisələrində 73 nəfər ölüb, 352 nəfər xəsarət alıb".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Samir-Poladov  


Bizi "telegram"da izləyin