Ermənistan KİV-i: Hakimiyyətin hədəfində fəal ermənilər var

2026/05/1779430222.jpg
Oxunub: 378     10:07     22 May 2026    
“Ötən gün İrəvanda 15-dən çox ünvanda keçirilən axtarışlar Qarabağdan (könüllü-red.) köç etmiş ermənilərin evlərini də əhatə edib”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrin mənbələrinin məlumatına görə, hakimiyyət xüsusilə seçki proseslərinə qoşulan və müxalifətin qərargahlarında çalışan Qarabağdan köç etmiş fəal erməniləri hədəfə alıb.

“Qarabağdan köç etmiş ermənilər özlərinin iştirakı ilə baş verdiyi iddia olunan və Nikol Paşinyanı qəzəbləndirən “maska şousu”nun hakimiyyət tərəfindən əvvəlcədən təşkil edildiyinə inanırlar. Məqsəd Qarabağdan köç etmiş ermənilər arasında reyd keçirmək, fəal və təsir gücünə malik şəxsləri saxlatdırmaq olub”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hakimiyyət  


Bizi "telegram"da izləyin