“Hraparak”: “Vətəndaş Müqaviləsi”ndə Paşinyanın davranışından narahatdırlar

2026/05/1779430182.jpg
Oxunub: 374     10:03     22 May 2026    
“Parlament sədri Alen Simonyan yaxın günlərdə Nikol Paşinyana “Vətəndaş Müqaviləsi” daxilində hökm sürən ziddiyyətli əhval-ruhiyyə və narahatlıqları çatdırıb”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrə görə, partiya daxilində Paşinyanın həddindən artıq emosional davranışları və təhlükəli bəyanatlarından narahat olduqları bildirilib.

Məqaləyə görə, partiya üzvləri parlamentə düşmək və hakimiyyətdə qalmaq istəsələr də, Paşinyanın səhvlərinin buna mane ola biləcəyindən ehtiyat edirlər. Onların fikrincə, “Vətəndaş Müqaviləsi”nin mövqeləri artıq əvvəlki qədər möhkəm deyil.

Nəşr yazır ki, Paşinyan özünəməxsus üslubda cavab verərək “heç nə anlamadıqlarını”, yalnız özünün nə etdiyini bildiyini deyib və əlavə edib: “Qoy öz işlərini plana uyğun görsünlər, mənim nə etdiyim və nə danışdığım onların işi deyil”.

“Partiya üzvləri ümumilikdə qələbəyə inansalar da, son vaxtlar aralarında şübhələr yaranıb. Onlar Paşinyanın vəziyyəti gərginləşdirdiyini və uğursuzluq olacağı təqdirdə yeni hakimiyyətin və xalqın onları, xüsusilə Qarabağdan (könüllü-red.) köç etmiş ermənilərə və kilsəyə qarşı hücumlara görə “məhv edəcəyini” düşündüklərini bildiriblər”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin