Ordu.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi açıqlama verib.
“Parçalanma yaratmağa yönəlmiş açıq cəhd çərçivəsində Küveyt İran gəmisinə qanunsuz hücum edib və Fars körfəzində bizim dörd vətəndaşımızı saxlayıb. Bu qanunsuz akt ABŞ-nin İrana qarşı hüumlar həyata keçirmək üçün istifadə etdiyi adanın yaxınlığında baş verib. Vətəndaşlarımızın dərhal azad edilməsini tələb edirik və cavab addımları atmaq hüququmuzu özümüzdə saxlayırıq”, - deyə Əraqçi bildirib.
İranın xarici işlər nazirinin açıqlaması Küveyt hakimiyyətinin çərşənbə axşamı dörd nəfərin saxlanıldığını elan etməsindən sonra səsləndirilib. Küveyt tərəfi həmin şəxsləri İran İslam İnqilabı Keşikçiləri Korpusuna məxsus olmaqda ittiham edib.
Sevinc Əliyeva
Ordu.az