Aİ aviasiya yanacağı qıtlığı təhlükəsi barədə xəbərdarlıq edib

2026/05/1778690114.jpg
Oxunub: 415     20:28     13 May 2026    
Avropa İttifaqının energetika məsələləri üzrə komissarı bildirib ki, hazırda aviasiya yanacağının tədarükü ilə bağlı birbaşa təhlükə yoxdur, lakin uzunmüddətli perspektivdə qıtlıq ehtimalı istisna edilmir.

Ordu.az xəbər verir ki, komissar Dan Yorgensen jurnalistlərə açıqlamasında vəziyyətin İran müharibəsinin və Hörmüz boğazındakı hadisələrin inkişafından asılı olacağını deyib.

O qeyd edib ki, bir sıra aviaşirkətlər, o cümlədən “Lufthansa”ya məxsus şirkətlər çoxlu sayda reysi ləğv etdikdən sonra aviaşirkətlərin reaksiyası da mühüm rol oynayacaq.

Yorgensen bildirib ki, aviasiya yanacağı ilə bağlı vəziyyət “hələ kritik həddə çatmasa da”, Avropa Komissiyası üzv dövlətlərlə problemin həlli yolları üzrə danışıqlara başlayacaq.

Məlumata görə, İrandakı müharibə nəticəsində fevral ayının sonundan etibarən bəzi bazarlarda aviasiya yanacağının qiyməti iki dəfədən çox artıb.

“Əslində bu, enerji böhranı deyil. Bu, fosil yanacaq böhranıdır”, - deyə Yorgensen vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Aviasiya-yanacağı  


Bizi "telegram"da izləyin