“Armelsan” SAHA 2026-da məhsul və imkanlarını tanıtdı - VİDEO
Oxunub: 518
20:03
13 May 2026
Türkiyənin aparıcı müdafiə texnologiyaları şirkətlərindən biri kimi fəaliyyət göstərən “Armelsan Savunma Teknolojileri” 5-9 may tarixlərində İstanbul Sərgi Mərkəzində keçirilən SAHA 2026 Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisini uğurla başa vurduğunu açıqlayıb.
Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
“Armelsan” sosial media hesablarında paylaşdığı videoda qeyd edib: “SAHA 2026-nı uğurla başa çatdırdıq. Sərgi boyunca stendimizi ziyarət edən, yerli və milli texnologiyalarımıza böyük maraq göstərən bütün qonaqlarımıza, tərəfdaşlarımıza və müdafiə sənayemizin dəyərli nümayəndələrinə təşəkkür edirik. Ölkəmizin müdafiə sənayesində gəldiyi nöqtəni bütün dünyaya sübut edən bu təşkilatın həyata keçirilməsində böyük zəhmət çəkən hər kəsə təşəkkür edirik. SAHA 2028-də görüşənədək”.
SAHA 2026-da Türkiyənin ilk yerli daldırma sonar sistemi olan “Orkun-2053” Helikopter Daldırma Sonarı başda olmaqla ən yeni texnologiyalarını ziyarətçilərlə paylaşan, məhsul və imkanlarını yerli və xarici nümayəndə heyətlərinə təqdim edən “Armelsan” stendində Türkiyə müdafiə sənayesinin aparıcı simalarını qəbul edib.
“Armelsan” SAHA 2026 çərçivəsində mühüm bir sazişə də imza atıb. “Armelsan” və TUSAŞ nümayəndələri “GÖKBEY və ORKUN-2053 Helikopter Daldırma Sonarı İnteqrasiyası Əməkdaşlıq İmza Mərasimi”ni keçirib.
Bu əməkdaşlığın hava və dəniz platformaları arasında inteqrasiya olunmuş imkanların artırılmasına töhfə verəcəyi, müdafiə sənayesində yenilikçi və davamlı həllərin önünü açmağı hədəflədiyi bildirilib.