YDS SAHA 2026-da bot və tekstil həllərini təqdim etdi - VİDEO

2026/05/1778688254.jpg
Oxunub: 573     19:53     13 May 2026    
5-9 may tarixlərində İstanbul Sərgi Mərkəzində keçirilən SAHA 2026 Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisində texniki bot, ayaqqabı və tekstil başda olmaqla, ballistik eynək, dəri məmulatları və çadır kimi məhsulların dünya standartlarında istehsalını həyata keçirən YDS yenilikçi həlləri ilə iştirak edib.

Ordu.az xəbər verir ki, YDS stendində yüksək performanslı hərbi və peşəkar bot və tekstil həllərini SAHA ziyarətçilərinin diqqətinə çatdırıb.

8-ci zalda 8J-05 nömrəli stenddə ziyarətçiləri qarşılayan şirkət sərgi çərçivəsində müxtəlif görüşlər də keçirib.

Mülki və hərbi sektora forma, bot, ballistik jilet kimi avadanlıqlar istehsal edən YDS 55 fərqli ölkəyə ixrac həyata keçirir.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: YDS   SAHA-2026  


Bizi "telegram"da izləyin