Ordu.az xəbər verir ki, bu barədə “Press TV” məlumat yayıb.
İran ordusunun rəsmi nümayəndəsi, briqada generalı Məhəmməd Əkrəminiyanın sözlərinə görə, strateji su yolu artıq İran Silahlı Qüvvələrinin “koordinasiyalı strateji nəzarəti” altındadır.
“Bundan sonra ABŞ silahlarının Hörmüz boğazından keçərək regiondakı bazalara çatmasına imkan verməyəcəyik”, - deyə general bildirib.
O qeyd edib ki, bu su yolundan istifadə etmək istəyən bütün dövlətlər bunu İran Silahlı Qüvvələrinin nəzarəti altında etməlidirlər.
Məlumata görə, boğazın qərb hissəsi İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin, şərq hissəsi isə İran ordusunun Hərbi Dəniz Qüvvələrinin nəzarəti altındadır.
Əkrəminiya iddia edib ki, boğaza nəzarət ölkəyə neft satışından əldə olunan gəlirlərdən “iki dəfə çox” gəlir qazandıracaq.
General əlavə edib ki, son müharibə zamanı rəqibin raket və nüvə potensialının məhv edilməsi, ölkənin parçalanması və sistemin devrilməsi daxil olmaqla bütün məqsədləri uğursuzluğa düçar olub.
“Şahı ölkədən qovan birinci inqilabdan və Amerikanı İrandan çıxaran ikinci inqilabdan sonra indi ABŞ-ni bütün regiondan çıxaracağıq”, - deyə o bildirib.
Sevinc Əliyeva
Ordu.az