Ordu.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov RT-India telekanalına müsahibəsində deyib.
“O, bir növ etiraf edib ki, onilliklər boyu Vaşinqtonun nəhayət İrana hücum edib onu darmadağın və məhv etmək qərarına gələcəyini gözləyib. Amma nəticədə, əlbəttə ki, istehlakçılar zərər görür”, - deyə Lavrov bildirib.
Onun sözlərinə görə, Qərbin illərlə təşviq etdiyi qloballaşma prinsiplərindən biri artıq pozulub.
“Bu prinsip enerji istehsalçıları və istehlakçıları arasında dialoqa aid idi. Belə dialoq “Böyük İyirmilik” (G20) çərçivəsində də inkişaf edirdi. OPEC+ fəaliyyətində həmişə alıcıların maraqlarını nəzərə alıb. Onlarla daimi və etibarlı dialoq qurulmuşdu. İndi isə bütün bunlar yalnız kiminsə bu bazarları təkbaşına idarə etməsi üçün dağıdılır. Ən azı Trampın hazırkı administrasiyası bunu açıq şəkildə deyir. Bütün ölkələr bundan nəticə çıxarmalıdır”, - deyə o qeyd edib.
Lavrov bildirib ki, münaqişə indi dayandırılsa belə, 2026-cı ilin sonuna qədər əvvəlki vəziyyəti bərpa etmək çətin olacaq.
“Əgər bu, daha bir neçə həftə, hətta aylarla davam etsə, böhrandan çıxış perspektivi daha da uzaqlaşacaq”, - deyə o əlavə edib.
Nazir qeyd edib ki, BMT Təhlükəsizlik Şurasında Hörmüz boğazındakı vəziyyət müzakirə edilərkən ABŞ nümayəndələri İranın qınanmasını tələb edir.
“Biz deyirik ki, İran nəyəsə cavab verir. Gəlin səbəbi qeyd edək, bu, İrana qarşı təxribat olmadan həyata keçirilmiş təcavüz idi. Amma onlar bunu etmək istəmirlər”, - deyə Lavrov vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az