Ordu.az xəbər verir ki, o, bu barədə Təl-Əvivdə keçirilən konfransda danışıb.
“Tərəf seçin. Hansı tərəfi seçəcəksiniz? Körfəz ölkələri artıq başa düşüb ki, seçim etməli olacaqlar. İranın onlara hücum etməsi ehtimalı daha çoxdur, yoxsa İsrailin? Düşünürəm ki, onlar dönüb deyə bilərlər: bilirsiniz, İsrail bizə kömək etdi. İran isə bizə hücum etdi”, - deyə Hakabi bildirib.
“Dərs budur ki, İsrail sizin təbii düşməniniz deyil. İsrail sizi məhv etməyə çalışmır. İsrail torpaqlarınızı ələ keçirməyə çalışmır”, - deyə o əlavə edib.
Hakabi xüsusilə Birləşmiş Ərəb Əmirliklərini qeyd edərək onları İsraillə əməkdaşlığın çətin dövrdə ölkəyə necə fayda verə biləcəyinin “nümunəsi” adlandırıb.
“İsrail onlara yenicə “Dəmir Günbəz” sisteminin batareyalarını və onların istismarına yardım üçün heyət göndərib”, - deyə ABŞ səfiri vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az