Ərdoğan Qazaxıstanda dövlət səfərindədir

2026/05/1778513933.jpg
Oxunub: 498     17:33     13 May 2026    
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dövlət səfəri ilə Qazaxıstana gedib.

Ordu.az Akordaya istinadən xəbər verir ki, ölkə Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə baş tutan səfər iki gün çəkəcək.

Danışıqlar zamanı liderlər Qazaxıstan-Türkiyə münasibətlərinin cari vəziyyətini və inkişaf perspektivlərini müzakirə edəcəklər.

Bundan əlavə, prezidentlər Qazaxıstan və Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı iclasını keçirəcəklər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   Qazaxıstan  


Bizi "telegram"da izləyin