“Baykar” SAHA 2026-da bir çox müqaviləyə imza atıb - VİDEO

2026/05/1778679684.jpg
Oxunub: 598     17:35     13 May 2026    
SAHA 2026 Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisi Türkiyə və Avropanın ən böyük müdafiə, aviasiya və kosmik sənaye klasteri olan “SAHA İstanbul”un təşkilatçılığı ilə İstanbul Sərgi Mərkəzində keçirilib.

Ordu.az xəbər verir ki, məhsuldar sərgi keçirən “Baykar Teknoloji” tədbirdə mühüm müqavilələr imzalayıb, yeni məhsullar təqdim edib və innovativ texnologiyalarını SAHA ziyarətçiləri ilə görüşdürüb.

“Baykar”ın imzaladığı müqavilələr arasında aşağıdakılar diqqət çəkib:

“Makine ve Kimya Endüstrisi AŞ” (MKE) ilə pilotsuz uçuş aparatı döyüş başlığı və partladıcı inkişafı-tədarük müqaviləsi

“Aksa İleri Kompozit” ilə “Bayraktar” AKINCI, KIZILELMA, TB2, TB3 və K2 platformalarında istifadə olunan kompozit layihələri üzrə strateji əməkdaşlıq müqaviləsi

TEI ilə “Bayraktar” TB3 platformasında istifadə olunan TEI-PD200 mühərrikinin tədarükü üzrə strateji əməkdaşlıq müqaviləsi

ASELSAN və ROKETSAN ilə strateji əməkdaşlıq müqavilələri

İtaliyanın “Gruppo Esea” şirkəti ilə robotik həllərlə avtomatlaşdırılmış montaj xətti müqaviləsi

İndoneziya mərkəzli “PT Republik Aero Dirgantara” (Republikorp) ilə “Bayraktar” KIZILELMA pilotsuz döyüş təyyarəsi üzrə çərçivə müqaviləsi

“EDGE Group” ilə beynəlxalq əməkdaşlıq üzrə çərçivə müqaviləsi

Türkiyənin aparıcı müdafiə və aviasiya şirkətlərindən olan “Baykar” sərgidə ilk dəfə nümayiş etdirilən K2 kamikadze pilotsuz uçuş aparatı ilə “gəzən sursat” “Mızrak” və “Sivrisinek”in təqdimatını da keçirib.

“Baykar” sosial media hesablarında SAHA 2026 ilə bağlı etdiyi paylaşımda bildirib: “SAHA 2026-nı geridə qoyarkən hazırladığımız texnologiyalar, qurduğumuz əməkdaşlıqlar və eyni məqsədə inanan insanlarla bir araya gəlməyin qürurunu yaşayırıq. Tam müstəqil Türkiyə hədəfi ilə çıxdığımız bu yolda istehsal etməyə və gələcəyi qurmağa davam edəcəyik”.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Baykar   SAHA-2026  


Bizi "telegram"da izləyin