SDT SAHA 2026-da strateji əməkdaşlıqları gücləndirib - VİDEO
Oxunub: 490
17:31
13 May 2026
Türkiyənin müdafiə sənayesi şirkətlərindən olan SDT 5-9 may tarixləri arasında İstanbul Sərgi Mərkəzində keçirilən SAHA EXPO 2026 Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisini səmərəli şəkildə başa vurduğunu açıqlayıb.
Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
SDT sosial media hesablarında etdiyi paylaşımda qeyd edib: “5 gün davam edən SAHA 2026 Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisində stendimizi ziyarət edərək bizi qürurlandıran dəyərli qonaqların marağı və həyata keçirdiyimiz mühüm əməkdaşlıqlar sayəsində olduqca məhsuldar sərgi keçirdik. İştirak edən hər kəsə təşəkkür edirik”.
Sərgi boyunca stendində yerli və xarici nümayəndə heyətlərini qəbul edən SDT strateji əməkdaşlıqları gücləndirib və geniş məhsul çeşidini təqdim edib.
1700-dən çox şirkət və təxminən 120 ölkədən 200 mindən artıq ziyarətçinin qatıldığı tədbirdə qabaqcıl texnologiyaları və mühəndislik həlləri ilə iştirak edən SDT hərbi nümayəndə heyətləri, sektor təmsilçiləri və potensial iş tərəfdaşları ilə bir sıra görüşlər keçirərək yeni əməkdaşlıqları və ixrac imkanlarını müzakirə edib.
SDT şirkəti
SDT 2005-ci ildə Ankarada yaradılmış müdafiə sənayesi şirkətidir. Şirkət Türkiyə Silahlı Qüvvələri və digər dövlət qurumları üçün yüksək texnologiyalı məhsul və həllər hazırlayır.
SDT Türkiyənin ən sürətlə inkişaf edən müdafiə sənayesi şirkətləri arasında yer alır.