Ordu.az xəbər verir ki, “Baykar” şirkətinin törəmə qurumlarından biri olan və elektro-optik sektorda yerlilik səviyyəsini artırmağı hədəfləyən “Opsin” hazırladığı sensor və kamera texnologiyaları ilə kosmos sahəsində mühüm uğura imza atıb.
Şirkət tərəfindən istehsal edilən həllər “Fergani”nin aşağı orbit peyklərində aktiv şəkildə istifadə olunmağa başlanıb.
Pilotsuz uçuş aparatları üçün hazırladığı elektro-optik sistemlərlə tanınan “Opsin” müdafiə sahəsində topladığı təcrübəni kosmik platformalara uğurla inteqrasiya edib.
Şirkətin hazırladığı Günəş Sensoru, “Ulduz İzləyici” və Mini Peyk Kamerası “Fergani”nin son dövrdə orbitə buraxılan FGN-100 seriyalı peyklərinin - FGN-100-D1, D2 və son olaraq 2026-cı il martında orbitə yerləşdirilən D3 peykinin naviqasiya və görüntüləmə sistemlərinin əsasını təşkil edir.
Aşağı Yer orbitli peyklər üçün xüsusi şəkildə hazırlanan bu sistemlər peykin kosmosdakı istiqamətinin müəyyən edilməsində həyati rol oynayır.
Xüsusilə “Opsin”in “Ulduz İzləyici” sistemi uzaq ulduzları istinad nöqtəsi kimi istifadə edərək peykin yüksək dəqiqliklə mövqelənməsini təmin edir, günəş sensorları isə peykin enerji səmərəliliyini optimallaşdıran istiqamət məlumatlarını təqdim edir.
Bu inkişaf “Opsin”in yalnız pilotsuz uçuş aparatı bazarı üçün həllər istehsal etmədiyini, eyni zamanda qlobal kosmos sənayesində də özünə yer açdığını göstərir.
Şirkətin baxışı xarici asılılığı minimuma endirərək Türkiyənin “Milli Kosmos Proqramı” hədəflərinə uyğun şəkildə tamamilə yerli komponentlərlə təchiz olunmuş peyk qruplarının yaradılmasına dəstək verməyi hədəfləyir.
“Ulduz İzləyici” sisteminin texniki xüsusiyyətləri
“Ulduz İzləyici” sistemi kosmik aparatlar, peyklər, raketlər və bəzi hava platformalarında istifadə olunan yüksək dəqiqlikli istiqamət müəyyənetmə sistemidir. Əsas məqsədi kosmosdakı istiqaməti ulduzları istinad kimi istifadə edərək müəyyən etməkdir.
Sistem optik sistem, görüntü sensoru, görüntü emalı bloku və ulduz kataloqundan ibarətdir. “Fergani” peyklərində də “Opsin” tərəfindən hazırlanmış iki ədəd “Ulduz İzləyici” sistemi mövcuddur.
Texniki xüsusiyyətləri:
Sensor tipi: CMOS
İnterfeys: RS422/CAN BUS
Çəki: 550 qram
Dəqiqlik: XY: maksimum 30 qövs saniyəsi/Z: maksimum 200 qövs saniyəsi
Üfüqi baxış sahəsi (FOV): 23 ± 1°
İcazəvermə qabiliyyəti: 4112 x 3096 piksel
Təkrarlanma tezliyi: 5 Hz
Enerji sərfiyyatı: < 20 W
Dönmə sürəti: ≤ 3°/s
Əməliyyat temperaturu: -20°C / +40°C
Günəş sensoru
Günəş sensoru kosmik aparatın, peykin və ya hava platformasının Günəşin hansı istiqamətdə yerləşdiyini müəyyən etmək üçün istifadə etdiyi istiqamət qavrama sensorudur.
Texniki xüsusiyyətləri:
Sensor tipi: “Quadrant” (dörd bölgəli) “fotodiod”
Növ: 2 ortoqonal ox
Saxlanma temperatur diapazonu: -80/+80 °C
Yenilənmə tezliyi: 5 Hz
Dəqiqlik: < 1°
Əməliyyat temperaturu: -20°C / +40°C
İnterfeys: RS422 / RS485 / CAN BUS
Qidalanma gərginliyi: 5 V
Radiasiya dözümlülüyü: TID > 10.5 kRad (qamma)
Enerji sərfiyyatı: < 60 mW
Xidmət müddəti: 5 il
Çəki: < 45 qram
Ölçülər: 41 mm x 31 mm x 16 mm
Baxış sahəsi (FOV): > 40°
Titrəmə: 16g @ 20-200 Hz
Peyk kamerası
Peyk kamerası peykin Yer kürəsini, atmosferi, kosmosu və ya digər səma cisimlərini görüntüləmək üçün daşıdığı elektro-optik görüntüləmə sistemidir.
Texniki xüsusiyyətləri:
Sensor tipi: CMOS
Baxış sahəsi (FOV): 23° ± 1°
İcazəvermə qabiliyyəti: 4112 x 3096 piksel
Yenilənmə tezliyi: 10 Hz
500 km məsafədə görüntü məsafəsi: 200 km
Əməliyyat temperaturu: -20°C / +40°C
İnterfeys: “GigE”
Qidalanma gərginliyi: 12 V - 24 V
Radiasiya dözümlülüyü: TID > 10.5 kRad (qamma)
Enerji sərfiyyatı: 3 W
Xidmət müddəti: 5 il
Çəki: 215 qram
Ölçülər: 87 mm x 55 mm x 53 mm
Sevinc Əliyeva
Ordu.az