“Medef Savunma” SAHA 2026-da yeni əməkdaşlıqları dəyərləndirib - VİDEO

2026/05/1778674536.jpg
Oxunub: 501     16:05     13 May 2026    
5-9 may tarixləri arasında İstanbul Sərgi Mərkəzində keçirilən SAHA EXPO 2026 Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisində iştirak edən “Medef Savunma” 8H salonundakı 08 nömrəli stendində məhsullarını nümayiş etdirib.

Ordu.az xəbər verir ki, Türkiyənin sursat istehsalçılarından olan “Medef Savunma” sərgi boyunca innovativ istehsal gücünü, mühəndislik yanaşmasını və keyfiyyət yönümlü baxışını nümayiş etdirib.

Şirkət bununla bağlı sosial media hesablarında yayımladığı videolu paylaşımda bildirib: “Müdafiə, aviasiya və kosmik sənayenin ən mühüm görüşlərindən biri olan SAHA EXPO 2026-da iştirak etməkdən böyük qürur duyduq. Sərgi boyunca stendimizi ziyarət edən bütün iş ortaqlarımıza, sektor mütəxəssislərinə və dəyərli qonaqlarımıza təşəkkür edirik. Keçirdiyimiz səmərəli görüşlər, yeni əlaqələr və güclü əməkdaşlıqlarla sərgini uğurla başa vurduq. Marağınız və etimadınız üçün təşəkkür edir, gələcəkdə yenidən görüşməyi arzulayırıq”.

Türkiyə müdafiə sənayesinin bu böyük görüşündə “Medef Savunma” 40 ilə söykənən təcrübəsi ilə hazırladığı texnologiya və mühəndislik həllərini həm ölkədaxili, həm də xaricdəki qərarverici şəxslərə təqdim edib.

Təqdimat fəaliyyətləri ilə yanaşı, şirkət sərginin ilk günündən etibarən əməkdaşlığa yönəlmiş görüşlərini də davam etdirib.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Medef-Savunma   SAHA-2026  


Bizi "telegram"da izləyin