Ordu.az "The Times of Israel" qəzetinə istinadən xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.
Qəzetin mənbələrinin məlumatına görə, magistral yolda avtomobillərə üç aviazərbə endirilib. Zərbə endirilən avtomobillərdə "Hizbullah" qruplaşmasının üzvlərinin olub-olmadığı hələ ki məlum deyil.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.
Ordu.az