Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, “Saudi Aramco” daşınmaz əmlak obyektlərini, o cümlədən şirkətin baş qərargahının yerləşdiyi Dahrandakı istehsal-idarəetmə kompleksində yerləşən obyektləri satmağı planlaşdırır.
Mənbələrin sözlərinə görə, neft nəhəngi artıq sövdələşmə ilə bağlı ilkin danışıqlar aparıb. Bildirilir ki, şirkət obyektlərin satılması və sonradan geri icarəyə götürülməsi variantını nəzərdən keçirir. Bu isə daşınmaz əmlakdan istifadə imkanını qorumaqla yanaşı, kapitalın azad edilməsinə şərait yaradacaq.
Bundan əlavə, “Saudi Aramco” bir sıra digər sövdələşmələr üzərində də işləyir. “Bloomberg” xüsusilə neft ixracı və saxlanılması terminallarındakı paylar, qaz elektrik stansiyaları və su infrastrukturu ilə məşğul olan bölmə ilə bağlı layihələri qeyd edib.
Agentlik danışıqların hələ davam etdiyini və yekun qərarın verilmədiyini vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az