FT: Almaniya ABŞ-dən “Tomahawk” qanadlı raketlərinin alınması səylərini bərpa edir

2026/05/1778399253.jpg
Oxunub: 402     11:44     10 May 2026    
Almaniya ABŞ-dən “Tomahawk” qanadlı raketlərinin alınması istiqamətində səylərini yenidən aktivləşdirib.

Ordu.az xəbər verir ki, bu barədə “Financial Times” Berlinin strategiyası ilə tanış olan mənbələrə istinadən yazıb.

Nəşrin məlumatına görə, Berlin Tramp administrasiyasını “Tomahawk” raketlərinin “Typhon” yerüstü buraxılış qurğuları ilə birlikdə satışına razı salmağa çalışır.

Məlumata əsasən, Almaniyanın müdafiə naziri Boris Pistorius ötən ilin iyul ayında ilk dəfə təqdim olunan uzaqmənzilli sistemlərin alınması təklifini müzakirə etmək üçün Vaşinqtona səfər etməyi planlaşdırır. ABŞ tərəfi hələlik cavab verməyib.

Lakin FT-yə danışan mənbələrin sözlərinə görə, bu səfər Pistoriusun amerikalı həmkarı Pit Heqset ilə görüş əldə edib-etməyəcəyindən asılıdır.

Yerüstü zərbə üçün nəzərdə tutulan “Tomahawk” dərin zərbələr zamanı hədəfləri vurmaq üçün adətən dənizdən buraxılan uzaqmənzilli qanadlı raketdir.

Fevral ayında Pentaqon İranla müharibə nəticəsində ehtiyatları azalan “Tomahawk” raketlərinin istehsalını artırmaq məqsədilə “Raytheon” ilə yeddiillik müqavilə imzaladığını açıqlamışdı.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   ABŞ   Tomahawk  


Bizi "telegram"da izləyin