Tramp: "Əgər iranlılar özlərini yaxşı aparsalar, aktivlərin taleyini müzakirə etməyə başlayacağıq"

2026/06/1780636938.jpg
Oxunub: 155     23:10     07 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İrana qarşı zərbələr endirmək üçün Yaxın Şərqdə toplanmış qrupun daimi bazalarına qaytarılmasını hazırda zəruri hesab etmir.

Ordu.az xəbər verir ki, bu barədə o, "NBC News"a verdiyi müsahibədə bildirib.

"Deyərdim ki, qoşunların geri çəkilməsi qısamüddətli bir qərar olardı, çünki hələ də onların köməyinə ehtiyacımız ola bilər", - deyə o əlavə edib.

Tramp İrana hücumları davam etdirmək məcburiyyətində qalmayacağını bildirib: "Amma düşünürəm ki, razılığa gələnə qədər qoşunlarımızı orada saxlayacağıq".

ABŞ lideri həmçinin bildirib ki, İranla razılaşma əldə olunarsa, Vaşinqton dondurulmuş aktivlərini dərhal geri qaytarmağa hazır olmayacaq.

"Bu sual sonrakı mərhələdə aktual olacaq. Əgər iranlılar özlərini yaxşı aparsalar, öhdəliklərini yaxşı yerinə yetirsələr, aktivlərin taleyini müzakirə etməyə başlayacağıq".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   İran  


Bizi "telegram"da izləyin