Putin Paşinyanın Qələbə Günündə Moskvaya getməkdən niyə imtina etdiyini şərh edib

2026/05/1778223746.jpg
Oxunub: 421     09:12     10 May 2026    
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Qələbə Günü münasibətilə Moskvaya gələn xarici liderlər şəxsi cəsarət nümayiş etdiriblər.

Ordu.az xəbər verir ki, bu barədə “Peterburqski dnevnik” məlumat yayıb.

Putin eyni zamanda Ermənistanın Baş naziri Nikol Paşinyanın Qələbə Günündə Moskvaya gəlməkdən imtina etməsində xüsusi bir məqam görmədiyini bildirib.

Rusiya, həmçinin erməni xalqının maraqlarına uyğun olan hər şeyi dəstəkləyəcək. Bununla yanaşı, İrəvanın Avropa İttifaqına qoşulmaq planları xüsusi müzakirə tələb edir.

Vladimir Putinin sözlərinə görə, Ermənistan hakimiyyəti Avropa İttifaqına üzvlük məsələsi ilə bağlı referendum keçirə bilərdi və əgər xalq bunu dəstəkləsəydi, Rusiya “sivil boşanma” prosesinə başlaya bilərdi.

O xatırladıb ki, Ukrayna məsələsində də hər şey Avrointeqrasiya mövzusundan başlamışdı.

Putin qeyd edib ki, Ermənistanın Avrointeqrasiya məsələsi Avrasiya İqtisadi Birliyinin növbəti sammitində tam şəkildə müzakirəyə çıxarıla bilərdi.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Paşinyan  


Bizi "telegram"da izləyin