Ordu.az xəbər verir ki, bunu bu gün Qafan şəhərində hakim “Vətəndaş Müqaviləsi” partiyasının seçkiqabağı mitinqində Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan bildirib.
“27. Artıq düz 27 aydır ki, Ermənistan sərhədlərində atışma nəticəsində heç bir hərbçi ölməyib və yaralanmayıb.
6. Məcburi hərbi xidmət müddəti 6 ay azaldılıb və bu da uzun müddətdir gözlənilən sülhün təmin olunması sayəsində mümkün olub.
10 000. Cəmi bir neçə ay əvvəl pensiyalar 10 000 dram artırılıb.
Sıfır. Sıfır dram. Məhz bu qədər vəsait yüz minlərlə vətəndaşımıza və bütün pensiyaçılara tibbi yardım üçün lazım olacaq. Çünki biz icbari tibbi sığorta sistemini tətbiq etmişik”, - deyə Rubinyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az