NYT: Rusiya Xəzər dənizi vasitəsilə İrana PUA-lar üçün komponentlər göndərir

2026/05/1778345509.jpg
Oxunub: 451     20:50     09 May 2026    
Rusiya Xəzər dənizi vasitəsilə İrana pilotsuz uçuş aparatlarının komponentlərini göndərir.

Ordu.az xəbər verir ki, bu barədə “The New York Times” nəşri rəsmi şəxslərə istinadən məlumat yayıb.

Nəşrin mənbələrinin bildirdiyinə görə, uzun müddət haqqında danışılmayan bu ticarət dəhlizi ötən ay başa çatan ABŞ-İsrail bombardman kampaniyasından sonra İranın hərbi potensialını bərpa etməsinə kömək edir.

ABŞ rəsmilərinin sözlərinə görə, Rusiyanın tədarükləri eyni templə davam edərsə, İran son müharibə zamanı guya təxminən 60 faizi məhv edilmiş pilotsuz uçuş aparatı arsenalını sürətlə bərpa edə bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   İran   PUA  


Bizi "telegram"da izləyin