“İlin sonunadək dəmir yolunun tikintisi ilə bağlı konkret addımlar atacağıq” - Paşinyan

2026/04/1777546581.jpg
Oxunub: 493     18:08     09 May 2026    
“Sülh kəsişməsi” (Zəngəzur dəhlizi-red.) deyəndə Mehri onun ürəyi və ruhudur”.

Ordu.az xəbər verir ki, bu barədə bu gün Mehri sakinləri ilə görüş zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

O, həmçinin toplaşanlardan Mehridə son 9 ay ərzində daşınmaz əmlak qiymətlərinin nə qədər artdığını soruşub, buna isə izdihamın içindən icma rəhbəri cavab verib.

“İcma rəhbəri təsdiqləyir ki, Mehridə daşınmaz əmlak qiymətləri ikiqat artıb. Bu nə deməkdir? Bu o deməkdir ki, Mehri yalnız sülhə inanır, həm də Mehri “Sülh kəsişməsi”dir.

Mən də bu münasibətlə hamımızı təbrik etməyə gəlmişəm, çünki əgər Mehri “Sülh kəsişməsi”dirsə, deməli Ermənistan “Sülh kəsişməsi”dir. Deməli, Ermənistan rifah kəsişməsidir. Ermənistan azadlıq, rifah və əmək kəsişməsidir.

Mən əminəm ki, Mehri daha da böyük cəlbediciliyə malik olacaq. Mən inanıram ki, ilin sonunadək dəmir yolunun tikintisi ilə bağlı konkret addımlar atacağıq və bu da Mehri şəhərində çoxlu iş yerlərinin yaradılması deməkdir”, - deyə Paşinyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin