Yaşlı erməni sakin Paşinyana etiraz edib: “Verdiyiniz pensiyanı istəmirəm”

2026/05/1778332128.jpg
Oxunub: 413     17:06     09 May 2026    
Mehridə keçirilən təşviqat kampaniyası zamanı təqaüdçü bir erməni sakin eyvandan Ermənistanın Baş naziri Nikol Paşinyana etiraz edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Paşinyanın “Necəsən?” sualına cavab olaraq erməni sakin “Ümumiyyətlə pisəm” deyib.

Paşinyan buna cavab olaraq bildirib: “De görüm niyə pissən, nəsə edək. Pensiyan artıb?”.

“İstəmirəm, lazım deyil”, - deyə erməni sakin cavab verib.

“Belə neqativ olmaq lazım deyil”, - deyə Paşinyan bildirib və təşviqat kampaniyasını davam etdirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan   Mehri  


Bizi "telegram"da izləyin