Paşinyan erməni sakinlə mübahisə edib: “Hərbiçini tərxis etdim, getsin “besedka”da otursun”

2026/05/1778325716.jpg
Oxunub: 389     15:19     09 May 2026    
Zəngəzur vilayətinin Ağarak yaşayış məntəqəsində Ermənistanın Baş naziri Nikol Paşinyan ilə yerli sakinlərdən biri arasında mübahisə yaranıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, 53 yaşlı kişi Paşinyana müraciət edərək bildirib ki, o, hərbçidir, mövqelər 3540 metr hündürlükdə yerləşir və qışda yollar təmizlənmədiyi üçün ora getmək çətin olur.

“6-7 metr qar yağır, buldozer də təmizləyə bilmir. Mən istəyirəm ki, heç olmasa qar təmizlənsin”, - deyə o bildirib.

Paşinyan müdafiə naziri Suren Papikyana zəng edərək erməni sakini dinləməsini istəyib, lakin sonuncu belə cavab verib: “Mən nazir ilə əlaqə saxlamıram, Baş nazir sizsiniz, mən sizə müraciət edirəm”.

Paşinyan isə belə reaksiya verib: “Əgər hərbçisənsə, əllərini düz tut, hazır vəziyyətdə dur, sonra Baş nazir ilə danış. Hərbçi Baş nazir ilə belə danışmır, özünü bir az toparla. Hərbçi kimi davran, əlin havada danışma”.

Erməni sakin isə qeyd edib: “Bundan başqa, 126 dramlıq ərzaq payı var, gündəlik ödəniş isə 4200 dramdır”. O, həmçinin erməni hərbçilərin yeməyinin bir hissəsinin satıldığına da eyham vurub.

Paşinyan əsəbiləşib, yenə təkrar edib ki, müdafiə naziri və Baş nazirin qarşısında hərbçi hazır vəziyyətdə dayanmalıdır. Daha sonra Ermənistanın Baş naziri oradan uzaqlaşıb.

Paşinyan artıq uzaqlaşdıqdan sonra Papikyana müraciətlə deyib: “Papikyan, o hərbçini tərxis etdim, getsin, bu vəziyyətdə xidmət edə bilməz. O halda, bilmirəm nə istifadə edib, içib, çəkib nə edib, tərxis etdim, belə əsgərlər bizim ordumuza lazım deyil, getsin öz işinə, getsin “besedka”larda otursun”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin