Livan Səhiyyə Nazirliyi şənbə günü bildirib ki, İsrail hücumları nəticəsində ölənlərin sayı 2 496 nəfərə çatıb, martın 2-də başlayan son müharibə mərhələsinin kəskinləşməsindən etibarən 7 725 nəfər yaralanıb.
Ordu.az xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb.
Qurum gündəlik hesabatında bildirib ki, təxliyə mərkəzlərində sığınan köçkünlərin ümumi sayı 120 mini ötüb.
Eyni zamanda, həmin mərkəzlərdə yerləşdirilən ailələrin sayı təxminən 31 minə çatıb.
Sevinc Əliyeva
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Livan
İsrail