“Biohibrid Robot” layihəsinə start verildi

2026/04/1777126997.jpg
Oxunub: 576     18:22     25 Aprel 2026    
Bioloji orqanizmlərlə ağıllı dövrələrin inteqrasiyası əsasında yaradılan “Biohibrid Robot” layihəsi Türkiyəni aşağı radra görünmə qbailiyyətli taktiki əməliyyatlardan fəlakət bölgələrinə qədər hər cür çətin şəraitdə yeni nəsil kəşfiyyat infrastrukturu ilə təmin etməyi hədəfləyir.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

AA müxbirinin TÜBİTAK-dan əldə etdiyi məlumata görə, Dövlət Qurumları Tədqiqat və İnkişaf Layihələrinin Dəstəklənməsi Proqramı çərçivəsində, Müdafiə və Təhlükəsizlik Texnologiyaları Tədqiqat Dəstək Qrupu (SAVTAG) tərəfindən “Biohibrid Robotun (B-9) Hazırlanması” çağırışı elan edilib.

Çağırışı açılan B-9 layihəsi ilə canlı orqanizmlər və mikroelektronik komponentlərin vahid quruluşda işlədiyi, tapşırıq ssenarisindən asılı olaraq ətraf mühit məlumatı toplaya bilən və/və ya yalnız yönləndirilə bilən konfiqurasiyadan ibarət modulyar robot platforması olan Biohibrid Robotun hazırlanması məqsəd qoyulub.

Biohibrid Robotun layihələndiriləcəyi, hazırlanacağı və funksional, performans, interfeys kimi sınaqlarının keçiriləcəyi layihənin sonunda canlı və sintetik elementlərin inteqrasiya olunmuş quruluşundan ibarət, uzaqdan idarə edilə bilən, yönləndirilə bilən və topladığı məlumatları Yer İdarəetmə Bölməsinə ötürə bilən tapşırıqyönlü Biohibrid Robot üçün layihə detalları və əməliyyat protokolları müvafiq standarta uyğun Texniki Məlumat Paketi şəklində təhvil veriləcək.

Fəlakət bölgəsində xidmət göstərəcək

Layihə sayəsində Türkiyədə yerli və milli imkanlarla yönləndirilə bilən Biohibrid Robot sisteminə dair texnoloji baza yaradılması hədəflənir.

Beləliklə, fəlakət bölgələrində axtarış-xilasetmə, ətraf mühitin monitorinqi, kənd təsərrüfatı müşahidəsi və aşağı radara görünmə qabiliyyətli taktiki əməliyyatlar kimi bir çox kritik sahədə klassik həllərdən kənara çıxan innovativ kəşfiyyat infrastrukturunun önü açılacaq.

Tələb olunan şərtlər

Ümumi müddəti maksimum 36 ay olacaq layihə təklifləri iyunun 24-nə qədər qəbul ediləcək. “Xidmətə Özəl” məxfilik dərəcəsi ilə icra olunacaq layihə müraciətləri birbaşa II Mərhələ Layihə Təklifi (ilkin qiymətləndirməni keçən AR-GE layihələrinin detallandırıldığı, AR-GE xarakteri, metod, icraolunma imkanları və büdcənin texniki təhlilinin təqdim olunduğu geniş dosye) kimi qəbul ediləcək.

Müraciət edəcək qurum və təşkilatlar “Müdafiə Sənayesi Təhlükəsizliyi Əsasnaməsi”nə uyğun olaraq “SAVTAG Çağırış Sənədi Təslim Protokolu”nu dolduraraq Çağırış Sənədini təhvil ala biləcəklər.

Bundan başqa, universitetlərdən kənar qurum və təşkilatlarda “Müəssisə Təhlükəsizlik Sertifikatı” şərti, layihədə çalışacaq bütün şirkət əməkdaşları üçün isə “Şəxsi Təhlükəsizlik Sertifikatı” şərtləri tələb olunacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Biohibrid-Robot   Türkiyə  


Bizi "telegram"da izləyin