Ordu.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Şənbə günü yayımlanan bəyanatda “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahı vurğulayıb ki, əgər ABŞ-nin aqressiv silahlı qüvvələri bölgədə dəniz blokadasını, banditizmi və dəniz quldurluğunu davam etdirsə, İranın güclü silahlı qüvvələrinin cavabı ilə üzləşəcək.
Bəyanatda qeyd olunub ki, ABŞ anlamalıdır ki, İran İslam Respublikasının silahlı qüvvələri ölkənin suverenliyini, ərazisini və milli maraqlarını qorumaq üçün əvvəlkindən daha böyük gücə və hazırlığa malikdir.
Həmçinin bildirilib ki, Amerika hərbçiləri artıq “üçüncü məcburi müharibə” zamanı İranın hücum imkanlarının bir hissəsini öz üzərlərində hiss ediblər.
Qərargah bəyan edib ki, İran silahlı qüvvələri əvvəlki kimi hazır və qətiyyətlidir, bölgədəki düşmənlərinin davranışını və hərəkətlərini izləməyə davam edir, eyni zamanda strateji əhəmiyyət daşıyan Hörmüz boğazına nəzarəti saxlayır.
Bəyanata əsasən, ABŞ və İsrail tərəfindən aqressiya yenidən başlanacağı halda onlar daha ağır itkilər verəcəklər.
Sevinc Əliyeva
Ordu.az