Hindistanda etnik qruplaşmalar arasında atışma baş verib, 3 nəfər ölüb

2026/04/1777116310.jpg
Oxunub: 454     15:23     25 Aprel 2026    
Hindistanın şimal-şərqində yerləşən narahat Manipur ştatında qarşıdurmada olan etnik qruplar arasında baş verən atışmalar nəticəsində üç nəfər ölüb. Bu, geniş regionda iğtişaşların növbəti təzahürü olub.

Ordu.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Təxminən üç ildir ki, Manipurda əsasən hindu meyteylərlə əsasən xristian kuki icması arasında vaxtaşırı toqquşmalar baş verir. Həmin qarşıdurmalar nəticəsində 250-dən çox insan ölüb.

“Şiddətli atışma zamanı... üç nəfər odlu silahdan aldığı ölümcül yaralardan həlak olub”, - deyə Manipur polisinin açıqlamasında bildirilib.

Toqquşmalar Uxtrul dairəsinin Mullam kəndində baş verib. Polis ölənlərin hansı icmaya mənsub olduğunu dəqiqləşdirməyib.

“Bu ərazidə zorakılığın daha da şiddətlənməsinin qarşısını almaq üçün təhlükəsizlik tədbirləri gücləndirilib. Əməliyyatlar davam edir”, - deyə polis bildirib.

Meytey və kuki icmaları arasında uzunmüddətli düşmənçilik torpaq və dövlət vəzifələri uğrunda rəqabətlə bağlıdır.

İğtişaşlar 2023-cü ildə başlayıb. Hökumət məlumatına görə, təxminən 60 min nəfər evini tərk etməyə məcbur olub. İğtişaşlar səngimişdi, lakin bu ayın əvvəlində kuki qruplaşmasının hücumu zamanı dörd nəfər, o cümlədən iki uşaq öldürülüb, daha sonra meyteylərdən ibarət izdiham hərbiləşdirilmiş birləşmələrin düşərgəsinə hücum edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Atışma  


Bizi "telegram"da izləyin